ABŞ-ın bu hava limanında bütün uçuşlar dayandırıldı
29-06-2019 22:31
Baxış sayı:
4192

ABŞ Nyuark Liberti hava limanında uçuşlar dayandırılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı "Yeni Akit" yayıb. Məlumata görə, hava limanından təyyarələrin uçuşuna və aeroporta daxil olmasına qadağa qoyulub.
Nyuark Liberti rəsmilərinin uçuşların dayandırılma səbəbi barədə hələlik heç bir açıqlama yaymadığı bildirilib.
Qeyd edək ki, bu həftə Hindistandan Nyuark hava limanına doğru uçuş həyata keçirən təyyarələrdən biri bomba həyəcanı səbəbindən İngiltərədə endirilmişdi.