​Səddamın kimyəvi hücumuna dözdük, BMT isə... - Zərif

Baxış sayı:
4051

İran xalqı ABŞ-ın tətbiq etdiyi sərt sanksiyalara müqavimət göstərəcək.
Muxalifet.az xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Tvitter səhifəsində bildirib.
“1980-cı illərdə İraqın lideri Səddam Hüseynin İran şəhərinə kimyəvi silahla hücum etməsinə dözən xalqımız Birləşmiş Ştatların sanksiyaları qarşısında da duruş gətirəcək. Biz o vaxt həmin sınaqdan çıxdıq və indi də bunu edəcəyik”, - Zərif qeyd edib.
Nazir bildirib ki, İraqla müharibə zamanı Sərdəşt şəhərinə kimyəvi silahlarla hücum vaxtı iranlılar buna mətanətlə dözdülər. “Biz Qərbin Səddamı necə silahlandırdığı və dəstəklədiyini unutmamışıq. BMT Təhlükəsizlik Şurası da heç bir zaman həmin hadisəni pisləməyib”.