Ərdoğandan G-20-də “S-400 və sanksiya” mesajı
29-06-2019 13:45
Baxış sayı:
3907

G-20 toplantısından sonar təşkil etdiyi mətbuat konfransında açıqlama verən Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Trampla görüşdə müzakirə olunan S-400 və ABŞ-ın Türkiyəyə bundan ötrü tətbiq edə biləcəyi sanksiya məsələsinə də toxunub.Prezident Ərdoğan S-400 və ABŞ-ın tətbiq etmək istədiyi sanksiya məsələsinə aydınlıq gətirərək "S-400-lər təhvil verilmə prosesindədir. Belə bir müqaviləni inkar etməyimiz Türkiyə kimi bir dövlətə yaraşmaz. Bu iş bitdi" deyib .Ərdoğan sanksiya məsələsi ilə bağlı əlaqədar "Hörmətli Tramp bu gün bu mövzuya açıqlıq gətirdi. Belə bir şeyin olmayacağını da özündən xüsusilə dinləmiş olduq" deyib.
Müxalifət.az