Ərdoğandan G-20-də sərt çıxış: Qərb 3 meymunu oynayır!

Baxış sayı:
4030

G-20 zirvəsində təşkil etdiyi mətbuat konfransında açıqlama verənTürkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, " Qərbli ölkələr Misirdəki edamlar qarşısında üç meymunu oynayır. Mursinin şəhid olması bütün yönləriylə araşdırılmalıdır" deyib.
 
Tibb Hüquq ekspertizası olmadan Mursinin nəşinin dəfn edildiyini deyən Ərdoğan. “Misirdəki edam cəzalarına səs çıxarılmır. Mövzu Türkiyə olunca, çevrilişçilər üçün edamın müzakirə edilməsini qəbul etməyənlər, təəssüf ki, Misirdəki edam cəzalarına səslərini çıxarmır" deyə bildirib:
 
QAŞIQÇI CİNAYƏTİNİN ÜSTÜNÜN ÖRTÜLMƏSİNƏ İCAZƏ VERMƏYƏCƏYİK
 
"Qaşıqçı cinayətinin üstünün örtülməsinə icazə verməyəcəyik. BMT məruzəçisi Callamard-ın hesabatının arxasında dayanaraq addım atmasını gözləyirik. Məsulların ən altdan ən üstə qədər mühakimə olunmasını gözləyirik.
 
MURSİ ÜÇÜN DƏ EYNİ ADDIMI GÖZLƏYİRİK
 
Misirin seçkilə hakimiyyətə gəlib, çevrilişlə hakimiyyətdən endirilən Misirin keçmiş prezidenti Mursi üçün də eyni addımı gözləyirik. Məhkəmə salonunda vəfat etmişdir, yarım saat heç bir tibbi müdaxilə edilmədən davam edən prosesdən demokratiya və insanlığa sahib çıxılmasını gözləyərdik.
 
MİSİRDƏKİ EDAMLAR QARŞISINDA ÜÇ MEYMUNU OYNAYIRLAR
 
Bu cür hadisələr bunu edənin yanında kar qalsa, dünyanın gələcəyi, dünya baxımından, dünya siyasəti baxımından da təhlükəlidir. Zirvədə bunu liderlərlə müzakirə etdik. Kədərlənərək ifadə etmək istəyirəm ki, bəzi Qərbli ölkələr Misirdəki edamlar qarşısında üç meymunu oynayır".
Müxalifət.az