SON DƏQİQƏ: "Bordo Bereli"lər Suriya sərhədinə YERİDİLDİ
28-06-2019 19:52
Baxış sayı:
13537

Türkiyə xüsusi təyinatlıları və hərbi texnikaları Suriya sərhədinə yeridilib.
Bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Bildirilib ki, hərbi karvan Suriya sərhədindəki Hatay vilayətinin Reyhanlı və Kırıkhanlı rayonlarına yerləşdirilib.
Qeyd edək ki, dünən Suriya silahlı qüvvələri İdlibdə Türkiyənin müşahidə məntəqəsini vurmuşdu.