​Oğuzda şok olay: Canavarlar insanlara HÜCUM ETDİ - YENİLƏNDİ

Baxış sayı:
13609

Oğuz rayonunda canavarın xəsarət yetirdiyi şəxslərin adları məlum olub.
Onların hamısı rayonun Xaçmaz kəndinin sakinləridir.
Bunlar 15 yaşlı Namiq Bəkirov, 15 yaşlı Tural Məmmədnəbili, 57 yaşlı İbrahim İslamov və 57 yaşlı Mahirə Məmmədovadır.
Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, 15 yaşlı Namiq Bəkirova başın, üst dodağın, boyunun və başın arxa səthinin canavar dişləməsi diaqnozu qoyulub, vəziyyəti orta-ağırdır.
15 yaşlı Tural Məmmədnəbiliyə sol əlin bazu nahiyəsinin, sol ayağın və budun canavar dişləməsi diaqnozu qoyulub, vəziyyəti orta-stabildir.
57 yaşlı İbrahim İslamov və 57 yaşlı Mahirə Məmmədovaya sol və sağ əlin canavar dişləməsi diaqnozu qoyulub, vəziyyətləri kafidir.
Yaralılara quduzluq əleyhinə peyvənd vurulub və nəzarətdə saxlanılır.