Ankarada zəlzələ oldu
28-06-2019 16:25
Baxış sayı:
12109

Türkiyənin paytaxtı Ankarada yerli vaxtla saat 13:55-də 3,5 bal gücündə zəlzələ baş verib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib. Zəlzələ qonşu şəhərlərdə də hiss olunub.
Dağıntı və xəsarət alanlar yoxdur. Ancaq zəlzələ yerli əhali arasında təşvişə səbəb olub.