Netanyahuya şok sözlər: "Bu ləkədən xilas ol!"

Baxış sayı:
5065

İsrailin keçmiş baş naziri İshaq Rabinin nəvəsi Ben-Artzi hazırkı baş nazir Netanyahuya çağırış edib.

Axar.az xəbər verir ki, o, Netanyahunun adının rüşvət və korrupsiyada hallandığını xatırladıb və onu istefa verməyə dəvət edib.

"Əgər adınız ləkələnibsə, demək, öz hücrənizə çəkilməyin vaxtı çatıb. Ləkədən xilas olduqdan sonra geri qayıda bilərsiniz", - Ben-Artzi bildirib.