Netanyahunun dərsini verdilər: ÖNCƏ MERKEL, SONRA MAKRON

İsrailin baş naziri Binyamin Netanyahu, İrana qarşı sərt siyasət yeritməsi məsələsində Fransa prezidenti Emmanuel Makrona təsir edə bilmədi. Netanyahu dünən Merkellə görüşmüş və oradan da əliboş ayrılmışdı.
Makron və İsrailin baş naziri Binyamin Netanyahu, Yelisey Sarayındakı danışıqlarından sonra birgə mətbuat konfransı keçirilib.
Netanyahu ilə görüşündə regional məsələləri müzakirə etdiklərini bildirən Makron, "Netanyahuya təkrar dedim. Avropalı müttəfiqlərimizin də düşündüyü kimi, bölgədəki ballistik raket proqramını nəzarət etmək üçün İran nüvə razılaşmasına sadiq qalmağa davam etmək lazımdır" deyib.
Makron, digər tərəfdən İran nüvə sazişinin yetərli olmadığını və 2025 ildən sonra bu müqavilənin İranın ballistik raket proqramı və bölgədəki varlığı məsələləri kontekstində üzərində yenidən işləmək lazım olduğunu söyləyib.
Görüşdə Suriyadakı müharibənin həllinə dair siyasi mənada iş birliyinin əhəmiyyətinə toxunulduğunu bildirən Makron, Netanyahu ilə İsrail-Fələstin münaqişəsinə dair də müzakirə etdiklərini bildirib. Makron, Qüdsün iki dövlətin paytaxtı olması və bu istiqamətdə müzakirələrin aparılmasının əhəmiyyətli olduğunu vurğulayıb.
Fransa prezidenti Makron, "Xüsusilə son həftələrdə Qəzzadakı mülki vətəndaşlara qarşı hər cür zorakılığı qınayıram" deyib.
Görüşdə ikitərəfli əlaqələri də ələ aldıqlarını ifadə edən Macron, bir çox məsələdə Fransa və İsrail arasında əməkdaşlığın davam edəcəyini söyləyib.
Makron, İranın uran zənginləşdirmə tutumunu artırmasına dair bütün tərəflərlə münaqişəyə yol açacaq hərəkətlərə qarşı xəbərdarlıq edib.
Prezident Makron, həmçinin 8-9 iyunda Kanadanın Charlevoix şəhərində keçiriləcək G7 Sammitində ABŞ prezidenti Donald Tramp ilə regional məsələləri görüşəcəyini də deyib.
Müxalifət.az