Netanyahu İsrail polisini İTTİHAM ETDİ

Baxış sayı:
5197

İsrailin baş naziri Binyamin Netanyahu, polislərin haqqındakı korrupsiya ittihamında şahidlərə onun əleyhinə ifadə vermələri üçün təzyiq etdiyini iddia edib.
 
Netanyahu, Facebook səhifəsində yayımladığı bir video materialda, 4000 nömrəli cinayət işində baş verənlərlə bağlı dəyərləndirmələr edib.
Polis işçiləri və istintaq aparan qurumları ittiham edən Netanyahu, bu ifadələri işlədib:
“Polisin əlində real bir dəlil olsa, tək bir şahidə belə ehtiyac duymaz, lakin bir şey olmayanda da min şahid bir işə yaramaz. Cinayət törətdiyini iddia etdikləri insanları tutub, həbs edirlər, təzyiq göstərib qorxudurlar, onlara “Sizin və ailənizin həyatı bitdi, azadlığınız də daxil hər şeyinizi əlinizdən alacağıq. Bütün bunlardan xilas olmaq istəyirsinizsə, Netanyahuya ləkə sürün. Yalan deməyiniz mühüm deyil, mühüm olan onu günahkar kimi göstərmənizdir".
Qeyd edək ki, İsrail polisi ötən cümə Netanyahunu korrupsiya ittihamları çərçivəsində evində 5 saat mühakimə etmişdi.
 
NETANYAHUNUN KORRUPSİYA DOSYELƏRİ
 
İsrail polisi, Netanyahunun "Bezeq” media şirkətinin ən böyük səhmdarı Elovitch ilə münasibətləri və “Bezeq”ə aid bir internet saytında xeyrinə yazıların nəşr edilməsi qarşılığında imtiyaz olduğu iddiaları haqqında 4000 nömrəli cinayət işi üçün düyməyə basıldığını və nəzarət işlərinə başlandığını bildirmişdi.
Polisin açıqlamasında, Netanyahunun "rüşvət aldığı, korrupsiya etdiyi və vəzifədən sui-istifadə etdiyinə" dair kifayət qədər dəlil əldə edildiyi bildirilərək, prokurora ittiham aktı hazırlaması tövsiyə edilmişdi.
Binyamin Netanyahu haqqındakı araşdırmalar, "iş adamlarından bahalı hədiyyələr aldığı, “Yedioth Ahronoth”un sahibi və naşiri Arnon Moses ilə öz xeyrinə yazıların nəşr edilməsi üçün bazarlıq etdiyi və Almaniyadan alınan sualtı gəmilərdə adının korrupsiyaya qarışdığı" iddialarını ehtiva edir.
Müxalifət.az