Netanyahu İranı “böyük şeytan” ADLANDIRDI

İsrailin baş naziri Netanyahu, İranı “böyük şeytan” adlandırın. Xatırladaq ki, İrana qarşı istifadə olunan bu ifadəni ilk dəfə ABŞ prezidenti Tramp işlədib.
Son günlərdə İran ilə İsrail arasında gərginlik ən yüksək səviyyədə davam edərkən, İsrailin baş naziri Benyamin Netanyahudan gərginliyi daha da artıracaq bir açıqlama gəlib.
Netanyahu İranı "Böyük şeytan" adlandırıb.
İRANA MİSLİ İLƏ QARŞILIQ VERDİK
İsrail ordusunun hücuma qarşılıq verdiyini söyləyən Netanyahu, “İran qırmızı xətti keçdi. Biz də misli ilə qarşılıq verdik. İsrail ordusu Suriyadakı İran qüvvələrinə aid hədəflərə qarşı geniş miqyaslı hava hücumu təşkil etdi" deyə, bildirib.
Açıqlamasında Bəşşar Əsəd rejimini dünən xəbərdarlıq etdiyini qeyd edən Netanyahu, "Bizim hərəkətlərimiz birbaşa Suriyadakı İrana aid hədəflərə qarşıdır. Ancaq əgər Suriya ordusu bizə qarşı hücum aksiyasında iştirak etsə, biz də ona qarşı hərəkət edərik. Dünən də bu baş verdi və bizə atəş açan Suriya ordusuna aid hava müdafiə sistemlərini vurduq " deyə, söyləyib.
Müxalifət.az