“Neftçi” uduzdu: Növbəti rəqib rus klubudur
14-01-2018 21:53
Baxış sayı:
1150
“Neftçi” PFK təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
Muxalifet.az xəbər verir ki, “Flaqman” İsmət Qayıbov adına təlim-məşq bazasında “Keşlə” ilə qarşılaşıb.
“Neftçi” 38-ci dəqiqədə Rəhman Hacıyevin ötürməsindən sonra Mirabdulla Abbasovun başla zərbəsi ilə hesabı açsa da, ikinci hissədə iki qol buraxaraq məğlub olub: 1:2.
Qeyd edək ki, “Neftçi” komandası növbəti yoldaşlıq oyununu Rusiyanın “SKA-Xabarovsk” komandası ilə keçirəcək.