Nazir sevgi münasibətinə görə işdən çıxarıldı

Baxış sayı:
1255

Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern ölkənin Qaçqınlar üzrə naziri Lain Lees Gallowayi vəzifəsindən kənarlaşdırıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə həmin ölkənin Nazirlər Kabinetinin rəsmi saytında məlumat verilib. Açıqlamada qeyd olunub ki, evli olan Gallowayinin öz əməkdaşı ilə gizli münasibətdə olduğu, bu barədə Beynəlxalq partiyanın lideri Judith Collinsdən xəbər tutduğunu bildirib:

“Nazirlə görüşdüm, onun barədə səsləndirilən iddia barədə müzakirə apardıq. O, məlumatı təsdiq etdi. Bir nazir olaraq etdiyi hərəkətlər doğru deyil və mənim ona olan güvənim yox oldu. Bunun üçün onu vəzifədən uzaqlaşdırdım. Və Lain Lees Gallowayi növbəti seçkilərdə də namizəd olmayacaq”. 

Nazir isə öz növbəsində hər kəsdən üzr istəyib: “Vəzifədə olduğum müddətdə yanlış addımlar atdım. Bu səbəbdən vəzifədə ola bilməzdim. Ailəmi də sarsıtdım”.