Nazir icra başçısının xalası oğlunu da vəzifədən çıxardı – KTN-də DAHA BİR TƏYİNAT
12-05-2018 14:52
Baxış sayı:
3724

Kənd təsərrüfatı naziri İnam Kərimov rəhbərlik etdiyi nazirliyin tabeliyində olan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktorunu da vəzifədən azad edib.
Muxalifət.az Mia.az-a istinadən bildirir ki, nazirin imzaladığı əmrlə adıçəkilən mərkəzin baş direktoru, professor Rəsul Balayev dünən vəzifəsindən çıxarılıb.
Saytın məlumatına görə, artıq Rəsul Balayevin yerinə təyinat da olub. Belə ki, həmin mərkəzin Baş direktoru vəzifəsinə Azərbaycan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Ələddin Eyvazov təyin edilib.
Onu da qeyd edək ki, Rəsul Balayev İsmayıllı rayonunun icra başçısı Mirdamət Sadıqovun xalası oğludur.