Naxçıvanın Türkiyə isə sərhədində PKK hücumu önləndi

Baxış sayı:
3691

Türkiyə-Naxıvan sərhədindəki Dilicu Gömrük Məntəqəsində PKK-lı terrorçulara aid əl istehsalı partlayıcı yüklü dronlar Aselsan Milkar 5S dron savar sistemi ilə təsbit edilərək təsirsiz hala gətirilib. Hadisə dünən saat 12.30 radələrində Dilicu Sərhəd Məntəqəsində meydana gəlib. Dilicu Gömrük Məntəqəsinin sahəsində partlayıcı yüklü dron ələ keçirilib. Dron-un tapıldığı bölgə boşaldılıb, təhlükəsizlik zolağı yaradılıb. Sərhəd Məntəqəsinin giriş və çıxışlar bağlanılıb, partlayıcıları məhv edən qrup bölgəyə sövq edilib. Partlayıcı yüklü dron məhv edilib. Dilicu Sərhəd Məntəqəsi 7 saat sonra yenidən giriş və çıxışlara açılıb. Qeyd edək ki, PKK-lı terrorçular tərəfindən göndərildiyi müəyyən olunan partlayıcı yüklü dron-un Dilicu bölgəsində olan Aselsan Milkar 5S dron savar sistemiylə təsbit eidilərək təsirsiz hala gətirildiyi bildirilib. Dron savar sistemin 15 kilometrə qədər təsirli olduğu qeyd edilib. Müxalifət.az