​“NAXÇIVAN XANI”NA QARŞI DAHA BİR RÜŞVƏT İTTİHAMI – Tibbi kollecin sahibindən külli miqdarda rüşvət istədi, vermədikdə təhsil ocağını bağladı

Baxış sayı:
3469

Naxçıvan şəhər sakini Quliyeva Turac Məhərrəm qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi 19993-cü ildə Naxçıvan şəhərində tibbi kollecin səbəbsiz yerə bağlandığını və onunla bir yerdə 2000 qadının sənətinin əlindən alındığını iddia edir:
“Mən, Quliyeva Turac Məhərrəm qızı, yazıb sizə bildirirəm ki, 1993-cü ildə Naxçıvan şəhərində açılmış tibb kollecində oxuyurduq. Həmin tibb kolecini bitirdik. Bu vaxta kimi hər şey öz axarında gedirdi. 2008-ci ildə artıq 18 ilin tibb bacısı kimi fəaliyyət göstərirdim. Mənimlə bərabər 2000 qadının da başına gələnləri sizə yazaraq bildirirəm.
Vasif Talıbov qəddacasına kolleci bağladı və 2000 qadın sənədsiz, işsiz qaldı. Həmin kolleci açan Nəriman müəllimdən külli miqdarda rüşvət istənilmişdi. O da həmin məbləği verə bilmədiyi üçün Vasif Talıbov bu oyunu açdı başımıza. Əsas olmadan 2000 qadını və yüzlərlə tələbəni işsiz, sənədsiz qoydu.
Bir müddət keçdi yenidən hər birimizi işə dəvət etdilər və fəaliyyətə başladıq. Amma bilmədik ki, bu növbəti bir oyundu. Bizi müqavilə ilə 1 illik işə götürdülər. 1 il bitər-bitməz yenidən 2000 qadın işsiz qaldıq. Artıq bu dəfə o qədər qəşəng oyun qurulmuşdu ki, hər birimiz 1 illik razılıqla işləmişdik.
Hələ də biz bilmirik ki, bizim işlərimizə nəyə əsasən 2 dəfə son verilib. Dəfələrlə Vasif Talıbovun qəbuluna yazılsaq da, bizləri qəbul etməkdən imtina edirdi. Yanındakı cangüdənləri, işçiləri sanki onu öldürəcəkmişik kimi bizdən qoruyurdular. Bir sözlə dərdimiz dinləmədi.
Vasif Talıbovun qəbuluna yazılmaqdan çəkinmirdik. Ümid edirdik ki, nə vaxtsa qəbul edər, biz sözümüzü deyərik. Həmin ərəfələrdə evlərimizə bizi qorxuya salan zənglər gəlməyə başladı. Milli Təhlükəsizlik Nazirliyinin nümayndələri tərəfindən bizə zənglər edilirdi. Zənglərdə “mitinq edirsiz”, “yığışırsız”, “terror törədəcəksiniz” kimi şüarlarla bizləri qorxuya salırdılar. Əlbətt, heç bir qadın o adlarla həbs olunmaq istəməzdi.  Artıq söz həbsdən getdiyi üçün daha da qorxuya düşdük. Maddi imkanı olanlar da Naxçıvandan çıxaraq Bakıya, Türkiyəyə yollandılar. Qorxub çəkildik kənara, bu haqqsızlıqla razılaşdıq.
Hətta Birinci vitse-prezidentə belə şikayətlərimizi göndərdik. Amma əminik ki, o məktubların xanıma çatmağına Vasif Talıbov mane oldu. İndiki vəziyyətdən istifadə edərək, bir daha şikayətimiz lazımı orqanlara yazırıq. DTX-ya, cənab Prezidentə sizin sayt vasitəsilə müraciət edirəm, araşdırılsın, haqq öz yerini tapsın.
Jalə FAMİLQIZI
Hurriyyet.az