​NAXÇIVAN SİLKƏLƏNDİ

Baxış sayı:
6862

Naxçıvanda 3,4 bal gücündə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 06:32-də Naxçıvan şəhərində zəlzələ qeydə alınıb.
Zəlzələ Naxçıvan şəhəri və yaxın yaşayış məntəqələrəndə 3 bala qədər hiss olunmuşdur. Zəlzələ ocağının dərinliyi 7 km olub.