NATO-nun sammitində bu şərtlə iştirak edəcəm - Paşinyan
7-07-2018 17:39
Baxış sayı:
4282

Əgər Brüssel sammitinin yekun mətnində qeyri-adi heç nə olmasa, Brüsselə gedəcəyəm.
Muxalifet.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Ümid edirəm ki, hər şey qaydasında olacaq”, - o bildirib.
Qeyd edək ki, NATO-nun adətən yekun qərarlarında konfliktlər məsələsinə toxunulur və burada dövlətlərin ərazi bütövlüklərinə dəstək ifadə olunur. Təşkilat bundan öncəki Varşava sammitində eyni addımı atmış və o zaman Paşinyan Sərkisyan hökumətini NATO-nun mövqeyinə görə kəskin tənqid etmişdi.
Əgər iyulun 11-də Paşinyan Brüssel sammitinə yollansa, bu, erməni baş nazirin Qərbə edəcəyi ilk səfər olacaq.