NATO-dan son dəqiqə açıqlaması: Türkiyə NATO-dan çıxarılacaqmı?

Baxış sayı:
11173

NATO-nun baş katibiı Jens Stoltenberg "Türkiyənin NATO-ya qatqısı və NATO-nun Türkiyə ilə əməkdaşlığı F-35-lərdən daha dərin və əhatəlidir. S-400 məsələsini kiçik məsələ hesab etmirəm, ancaq bir NATO müttəfiqi olaraq Türkiyə S-400-lərdən daha üstündür" deyib.
 
Türkiyənin Rusiyadan S-400 alış prosesini yaxından izlədiklərini və mövzunu əlaqədar qurumlar arasında müzakirə etdiklərini deyən Stoltenberg, "Hansı növ müdafiə sistemlərini alacaqlarına hər bir ölkə özü qərar verir. Lakin NATO üçün əhəmiyyətli olan şey (bu sistemlərin NATO sistemləriylə) uyğun işləyib işləməməsidir" deyə söyləyib.
Stoltenberg ayrıca, "Türkiyənin aldığı S-400 sistemləri NATO-nun havadan müdafiə sisteminə inteqrasiya olmayacaq, çünki bunlar bir yerdə işləyə biləcək sistemlər deyil. Onsuz da Türkiyə də belə bir tələbdə olmadı" deyib.
Stoltenberg "Türkiyə İŞİD-la mübarizədə həlledici bir müttəfiqdir. Türkiyə ayrıca, Balkanlarda, Kosovada və Əfqanıstanda bir çox NATO əməliyyatlarına qatılır. Bir NATO müttəfiqi olaraq Türkiyə, S-400-dən daha üstündür. Türkiyə NATO-nun havadan müdafiə sisteminin inteqrə olunmuş bir parçası idi, elə olmağa da davam edəcək. Ancaq indiki vəziyyətdən də narahatam, çünki Türkiyə artıq F-35 proqramının bir parçası olmayacaq" deyə söyləyib.
Türkiyənin ABŞ-dan “Patriot” sistemlərini və ya İtaliya-Fransa ortaqlığı Eurosamdan raket sistemlərini almaq məqsədiylə bəzi görüşlərini davam etdirdiyini də qeyd edən Stoltenberg, bu görüşlərin əhəmiyyətinə vurğu edib.
 
''HEÇ BİR MÜTTƏFİQ NATO-dan ÇIXARILMASINI GÜNDƏMƏ GƏTİRMƏDİ''
 
S-400 alışından sonra Türkiyənin NATO-dan çıxarılması kimi bir müzakirənin olub olmadığı haqda suala, Stoltenberg "Türkiyə əhəmiyyətli bir NATO müttəfiqidir və heç bir müttəfiq belə bir mövzunu gündəmə gətirmədi, çünki görürük ki, hamımız bir başqasından asılıyıq" cavabını verib.
Stoltenberg S-400 ilə başlayan anlaşılmazlığı həll edə bilmədikləri təqdirdə də bunun ittifaqa təsirinin minimum olması üçün çalışacaqlarını ifadə edib.
Qeyd edək ki, Türkiyənin S-400-ləri alması ilə bağlı Ağ Evdən dünən edilən açıqlamada, S-400-lərdən ötəri Türkiyənin artıq F-35 proyektinin parçası ola bilməyəcəyi qeyd edilərək "ABŞ Türkiyə ilə strateji əlaqəsinə hələ də çox dəyər verməkdədir. NATO müttəfiqləri olaraq əlaqələrimiz çox laylıdır və yalnız F-35-lərə bağlı deyil" deyə bildirilmişdi.
Ayrıca ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyənin S-400 alışından ötəri F-35 proyektindən çıxarılması üçün prosesin başladıldığını qeyd edərək "Bununla birlikdə, ABŞ Türkiyənin strateji ortaqlığına hələ də çox dəyər verməkdədir" açıqlamasını vermişdi.
Müxalifət.az