NATO-dan nüvə silahı ilə bağlı qorxunc - Xəbərdarlıq

Baxış sayı:
10507

Alyans Avropada nüvə silahı yerləşdirməyi planlaşdırmır.
Muxalifet.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq Münhendə çıxışı zamanı deyib.
O eyni zamanda bildirib ki, ittifaq Yaxın və Orta mənzilli raketlərlə bağlı müqavilənin gələcək taleyindən dolayı sadəlövhlük nümayiş etdirməyəcək:
“Bu gün bütün nüvə silahlarına nəzarətlər rejimləri təhlükədədir”.
Rusiya təfərindən təkmilləşdirilən SSC8 raketləri barədə danışan baş katib əlavə edib ki, indi Avropa şəhərləri təhlükə altındadır:
"Hazırda beynəlxalq konfransın keçirildiyi Münhen də təhlükədədir".