NATO-dan MOSKVAYA ÇAĞIRIŞ: Məsuliyyəti üzərinə götür!
25-05-2018 16:47
Baxış sayı:
4663
NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya Federasiyasını Ukrayna ərazisində baş verən təyyarə qəzası ilə bağlı məsuliyyəti üzərinə götürməyə və günahkarların cəzalandırılması üçün istintaqla əməkdaşlıq etməyə çağırıb.
Muxalifət.az xəbər verir ki, bu barədə Y.Stoltenberqin bəyanatı yayılıb.
“Günahkarlar məsuliyyətə cəlb olunmalıdır. NATO dəfələrlə holland hökuməti və digər tərəflərin məsələyə aydınlıq gətirmək üçün göstərdikləri səylərə tam dəstək verdiyini açıqlayıb”, - bəyanatda deyilib.