Nadir İsmayılovun 5, 4 milyon manatlıq hesabına həbs qoyuldu
6-03-2025 09:44
Baxış sayı:
1833

“Zaminbank” ASC-nin (red.-fəaliyyəti dayandırılıb) məhkum edilmiş sədri Nadir İsmayılovun Böyük Britaniyadakı bank hesabında 2,5 milyon funt-sterlinq (5,4 milyon AZN) aşkar edilib və bank hesabına həbs qoyulub.
Qeyd edək ki, N.İsmayılov 2004-2016-cı illərdə “Zaminbank”ın sədri olub.
Muxalifet.az xəbər verir ki, mənimsəmə, dələduzluq və digər cinayətlərdə təqsirli bilinən İsmayılov 10 il azadlıqdan məhrum edilib.
Məhkəmə istintaqı ilə sübut edilib ki, “Zaminbank”ın ümumi öhdəlikləri 175 milyon manata yaxındır. Bu məbləğin 84,5 milyon manatı Mərkəzi Bank qarşısındadır. Sözügedən səbəbdən bank sahibinin Bakının müxtəlif ərazilərində olan daşınmaz obyektləri, o cümlədən lüks avtomobilləri müsadirə edilmişdi.