​Məxfi: Sərkisyanın partiyasından Paşinyan həmləsi

Baxış sayı:
3865

Ermənistanın Respublika Partiyası məxfi iclas keçirib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “Qraparak” qəzeti yayıb.
Qəzet partiyanın deputatlarının Avşar bölgəsində toplandığını bildirib. İclasa Vaqram Baqdasaryan rəhbərlik edib. Görüşdə əsas müzakirə mövzusu Ermənistandakı son hadisələr olub. Deputatlar Paşinyan hökumətinin onlardan nə qədərini həbs edəcəyini müəyyən etməyə çalışıblar. Maraqlı məqam isə görüşdə keçmiş Baş nazir Karan Karapetyanın iştirak etməməsi olub.