Müxalifət hakimiyyət qarşısında öhdəlik götürüb, yoxsa... – Pənah Hüseyn: “Razılaşdıq ki, siyasi münasibətlər bugünkü çərçivədə aparılsın...”

Baxış sayı:
10170

Dünən Ana Vətən Partiyasının təşkilatçılığı ilə “Azərbaycanda siyasi proseslərə xarici müdaxilə meylləri ” mövzusunda dəyirmi masa keçirilib.
“Park İnn” otelində təşkil edilən tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov, Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı, STM sədri Zahid Oruc, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev, BQP sədri, millət vəkili Fazil Mustafa, Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, AXP sədri Pənah Hüseyn, hüquq müdafiəçisi Novella Cəfəroğlu, Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Eldar Namazov və digər şəxslər, eləcə də media nümayəndələri iştirak edib.
Tədbirdə iştirak edən AXP sədri Pənah Hüseyn  mətbuata deyib ki, tədbirin nəticəsi olaraq ümumi sənəd qəbul olunub: “Orada 3-4 maddə qəbul olundu. Onlardan birincisi, Qarabağın tezliklə işğaldan azad olunması üçün hərbi əməliyyat aparılarsa, Azərbaycan ictimaiyyəti adından buna dəstək veriləcəyi, ikincisi, siyasi münasibətlərin bugünkü çərçivədə aparılmasının vacibliyi və siyasi proseslərə, o cümlədən seçki prosesinə beynəlxalq hüquqa zidd xarici müdaxilənin yolverilməzliyi bəndləri öz əksini tapıb”.
Muxalifet.az