Müsəlman qadın Konqresmen ABŞ-ı qarışdırdı

Baxış sayı:
4270

ABŞ Konqresinin Təmsilciler Məclisinin üzvü Omar Konqresdə Venesueladakı son proseslərin müzakirə edildiyi iclasda, şahid kimi dinlənilən ABŞ-ınVenesuela üzrə xüsusi nümayəndəsi Abramsı sərt tənqid edib.
 
 Omar ABŞ-ın xarici siyasətində müharibə tərəfdarı mövqeyi ilə tanınan Abramsı Cənubi Amerika ölkələrində ifrat sağ hökumətləri dəstəkləmək və həmin ölkələrdə çıxan daxili müharibələrdə rol almaqla günahlandırıb.
Keçmiş ABŞ prezidenti Ronald Reyqan dövründə 1991-də Nikaraqua üsyançılarını maliyyələşdirmək üçün embarqo tətbiq edilən İrana silah satılmasında rolunu də xatırladan Omar, Abramsı xüsusilə Soyuq Müharibə prosesindəki müharibə tərəfdarı siyasətlərini və məsələyə dair Konqresə yalan məlumat verməsini tənqid edib.
Omar Abramsın mövqeyinə və barəsindəki ittihamlara istinad edərək, "Bu komitə üzvlərinin, ya da Amerika xalqının (Abramsın) burada verdiyi məlumatlara necə güvənəcəyini anlamıram" deyə bildirib.
Bundan başqa, Omar Abramsı Reyqan hökumətinin 1979 və 1992-ci illərdə Salvadorda solçu hökumətə qarşı ifrat sağçı hərbi rəhbərliyi dəstəkləyərək 75 min insanın öldüyü vətəndaş müharibəsinə "qeyri-adi uğur" kimi təqdim etməsinə də sərt təpki göstərib.
Omarın, "Bizim nəzarətimiz altında gerçəkləşən qətliamı fövqəladə uğur kimi görürsünüzmü? Bəli, ya da xeyr "şəklindəki sualına sərt təpki göstərən Abrams isə Omarın ona şəxsi olaraq hücum etdiyini və sualının iyrənc olduğunu deyib.
Müxalifət.az