Mursi sui-qəsdə qurban getmişdir

Baxış sayı:
3235

İraqlı Şiə məzhəbinin imamlarından olan Məhəmməd Mehdi əl-Xalisi şəhid olan Məhəmməd Mursinin sui-qəsdə qurban getdiyini söyləyib.
 
Məhəmməd Mehdi əl-Xalisi Misirin demokratik yolla seçilmiş ilk dövlət başçısı Məhəmməd Mursinin planlı bir şəkildə ölümə aparıldığını söyləyib.
Xalisi paytaxt Bağdaddakı cümə xütbəsindən sonra etdiyi açıqlamada, Mursinin vəfatına toxunub.
Misir inqilabı və xalqına qarşı edilənləri qınadıqlarını ifadə edən Xalisi, "Misirin seçilmiş və qanuni lideri (Mursi) sui-qəsdə qurban getmişdir. Bu, eyni zamanda, İslama və Misir xalqının böyük İslam inqilabına yönəlik oyunların bir parçasıdır" deyib.
Xalisi Misir tarixində bir ilki meydana gətirərək xalq iradəsiylə seçilən Mursiyə edilənlərdən böyük kədər və acı duyduqlarını ifadə edib.
Misirin demokratik yollarla seçilmiş ilk dövlət başçısı Məhəmməd Mursi, mühakimə olunduğu "Vadi ən-Natrun həbsxanasından qaçış və “Həmas” adına casusluq" iddiasının baxıldığı məhkəmədə 17 iyunda həyatını itirmişdi.
Müxalifət.az