​Müəllimlərin işə qəbul imtahanında YENİLİK

Baxış sayı:
4351

Bu il müəllimlərin işə qəbul imtahanında dəyişiklik olacaq.
Muxalifət.az xəbər verir ki, bu sözləri Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə “Təhsil” Tv-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, hər il müəllimlərin işə qəbul imtahanında yeniliklərin edilməsi diqqət mərkəzindədir: “Məqsəd prosesin daha obyektiv keçirilməsi və imtahanın hər kəs üçün əlçatan olmasıdır. Bu il də prosesdə dəyişiklik olacaq. Bundan sonra müəllimlərin işə qəbul imtahanında test mərhələsindən əldə etdiyi nəticə iki il qüvvədə qalacaq. Yəni, növbəti il də eyni nəticə ilə müsabiqədə iştirak edə biləcək”.