Müharibə təhlükəsi artır! ABŞ və BMT-dən açıqlama

Oman Körfəzindən keçən gəmilərlə bağlı hücumda yeni gəlişmələr yaşanır. İngiltərənin Xarici İşlər naziri Jeremy Hunt “Oman Körfəzində tankerlərə yönəlik hücumun İran tərəfindən edildiyi şübhə doğurmur" deyə bildirib.
İngiltərə Xarici İşlər Nazirliyindən edilən açıqlamada, "İran ordusunun bir qolu olan İnqilab Mühafizəçilərinin iki tankerə 13 iyunda hücum etdiyi haradasa qətidir. Başqa heç bir dövlət və ya dövlət xarici aktyor bir şəkildə məsul ola bilməz" deyilib.
Xarici İşlər naziri Hunt da mövzu ilə bağlı açıqlamasında, "Oman Körfəzində iki gəmiyə yönəlik hücumları qınayıram. Hücumların məsuliyyəti İranın üzərinə düşür. Bu son hücumlar İranın sabitliyi pozan davranışlarının izlərini göstərir və bölgə üçün ciddi bir təhlükə meydana gətirir" deyib.
Mülki daşımacılığın hədəf alınmasıyla beynəlxalq normaların pozulduğunu ifadə edən Hunt, "İranı hər cür sabitliyi pozan fəaliyyətini təcili olaraq dayandırmağa çağırırıq" deyə bildirib.
BMT: Hazırıq
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Guterres Oman Körfəzində ABŞ ilə İran arasındakı gərginlikdə tərəflərin razılaşdığı təqdirdə vasitəçiliyi boynuna götürməyə hazır olduqlarını ifadə edərək "Ancaq bu anda mümkün olan hər hansı bir dialoq mexanizmi görmürük" deyib.
Guterres dünən BMT Təhlükəslik Şurasında etdiyi açıqlamada, mülki gəmilərə yönəlik hər cür hücumu qınadığını ifadə etmiş və "Əgər ortada dünyanın bədəlini ödəməyəcəyi bir şey varsa o da Körfəz bölgəsindəki böyük bir qarşıdurmadır" deyə bildirmişdi.
Tramp: İranın sürətli qayığını gördünüz
ABŞ prezidenti Donald Tramp Oman Körfəzində iki tankerə edilən hücumlardan İranı məsul tutduğunu açıqlayıb.
Tramp söz mövzusu hücumlarla bağlı "İran etdi. Bunu bilirsiniz, çünki İranın sürətli qayıqlarını gördünüz" deyə söyləyib.
Müxalifət.az