​Məşhur rusiyalı döyüşçü qəza törətdi, qaçmağa çalışdı - VİDEO

Baxış sayı:
13837

Rusiyan "Matç TV" telekanalının "Twitter" səhifəsində rusiyalı MMA döyüşçüsü Aleksandr Yemelyanenkonun polis tərəfindən saxlanıldığını əks etdirən görüntü yayılıb.
Muxalifet.az xəbər verir ki, bu haqda "RİA Novosti" xəbər verir.
Bundan əvvəl KİV-də sərxoş vəziyyətdə olan A.Yemelyanenkonun törədilən yol qəzasından sonra Kislovodskun polis əməkdaşları tərəfindən saxlanıldığına dair xəbər yayılmışdı. 
O saxlanılan zaman DYP əməkdaşlarına müqavimət göstərib və hadisə yerindən qaçmağa çalışıb. Onu sonradan post-patrul xidməti əməkdaşlarının köməkliyi ilə saxlamağa nail olublar./oxu

Məşhur rusiyalı döyüşçü qəza törətdi, qaçmağa çalışdı