Məşhur pilotun idarə etdiyi qırıcı təyyarə qəzaya uğradı - VİDEO
8-07-2018 09:14
Baxış sayı:
2443

Rumıniyada qırıcı MiQ-21 Lancer təyyarəsi Feteşti hərbi-hava bazası yaxınlığında qəzaya uğrayıb.
Bu barədə RİA "Novosti" məlumat yayıb.
Ölkənin Milli Müdafiə Nazirliyinin saytında yayılan məlumata görə, hadisə zamanı pilot 36 yaşlı leytenant Florin Rotaru həlak olub. O, 861-ci eskadrilyanın əsas qırıcısı olub.
Qəzanı Rumıniyanın Müdafiə Nazirliyinin xüsusi komissiyası araşdıracaq.