MOSSAD xüsusi əməliyyatla İSRAİL CASUSUNUN SAATINI GERİ QAYTARDI

İsrailli məşhur bir casusa məxsus olan qol saatı illər sonra MOSSAD Kəşfiyyat Xidmətinin əməliyyatı ilə geri qaytarılıb.
İsrailin ən məşhur casuslarından biri olan Əli Koenin saatı tapılıb. Koen xidmət etdiyi dövrdə Suriya tərəfindən yaxalanmış və edam edilmişdi. Misirdə anadan olan Koen, 1960-cı illərdə MOSSAD Kəşfiyyat Xidməti tərəfindən casusluğa cəlb edilmiş və Suriya rejiminin yüksək vəzifələrinə sızdırıla bilmişdi.
1965-ci ildə İsrail casus olduğu anlaşılıb, Dəməşqdə xalq hüzurunda asılmadan əvvəl Suriyanın dövlət sirlərini İsrailə ötürürdü. Suriya tərəfindən Koenin bəzi əşyalarının harada olduğunun açıqlanması rədd edilmişdi.
İsrailin Koenə aid bu qol saatını necə və nə vaxt ələ keçirdiyinə dair məlumat verilməsə də, sadəcə, "Xüsusi bir MOSSAD əməliyyatı ilə ələ keçirilib" deyə, bildirilib.
YOSSİ KOEN: TUTULDUĞU GÜNƏ QƏDƏR ƏLİNDƏYDİ
Mossad Kəşfiyyat Xidmətinin rəhbəri Yossi Koen saatın tutulduğu günə qədər Koen tərəfindən istifadə edildiyini ifadə edib. "Saat Əli Koenin əməliyyat görüntüsünün və istehsal edilmiş Ərəb kimliyinin bir hissəsi idi” deyib.
Saatın ələ keçirilməsinə dair açıqlama verən İsrailin baş naziri Benyamin Netanyahu, "Mossad döyüşçülərinə qərarlı və cəsarətli əməliyyatın əmrini mən vermişəm. İsrailə qayıdacaq olan bu nadir əşya ölkəsinin təhlükəsizliyinə böyük töhfələr verən bir döyüşçüdən xatirədir" deyib.
Müxalifət.az