MOSSAD-ın keçmiş sədri Səudiyyə Ərəbistanına gizli səfər edib

Baxış sayı:
8476

 İsrailin xarici kəşfiyyat xidməti Mossad-ın keçmiş sədri Pardonun vəzifədə olduğu 2014-cü ildə gizli şəkildə Səudiyyə Ərəbistanı səfər etdiyi ortaya çıxıb.
 
İsrailin Kanal 13 televiziyasının adı açıqlanmayan Qərbli diplomatlara əsaslandırdığı xəbərə görə, 2011-2016-ci illərdə Mossad-ın sədri Pardo, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada 2014-ci ildə gizli bir səfər həyata keçirib.
Səfərin İran və beynəlxalq güclər arasında yenidən başlayan nüvə müzakirələrindən qısa müddət sonra 2014-cü ilin əvvəllərində həyata keçirildiyi bildirilib. Xəbərdə, Səudiyyənin ABŞ ilə İran yaxınlaşmasından narahat olduqları, İsraili İrana qarşı ən güclü havadarları kimi gördükləri və bunun nəticəsində ilk dəfə İsrailli bir yüksək səviyyəli nümayəndəyə ev sahibliyi etməyi qəbul etdikləri qeyd edilib.
 
NETANYAHU DA ŞAHZADƏ BƏNDƏR BİN SULTAN İLƏ GÖRÜŞÜB
 
 Xəbərdə həmçinin, İsrailin baş naziri Binyamin Netanyahunun da 2014-cü ilin sentyabr ayında Səudiyyə Ərəbistanın o vaxt Milli Təhlükəsizlik Şurasının sədri olan şahzadə Bəndər bin Sultan ilə adı bildirilməyən başqa bir ölkədə bir araya gəldiyi bildirilib.
Müxalifət.az