Moskva jurnalistin qətli ilə bağlı Kiyevdən operativ araşdırma TƏLƏB ETDİ
30-05-2018 12:21
Baxış sayı:
8062

Moskva Ukrayna hökumətini rusiyalı jurnalist Arkadiy Babçenkonun qətli ilə bağlı operativ istintaqa əlindən gələn köməyi göstərməyə çağırıb.
Virtualaz.org bildirir ki, Rusiya XİN-in yaydığı bəyanatda belə deyilir.
“İnanırıq ki, beynəlxalq instansiyalar və qeyri-hökumət təşkilatları istintaqın gedişini öz nəzarətlərinə götürəcək”, - deyə bəyanatda qeyd olunub.
Rusiya XİN Ukraynada KİV əməkdaşlarına qarşı fiziki zorakılıq və silahlı hücum hallarının artdığına da diqqət çəkib.
“Qanlı cinayətlər və total cəzasızlıq Kiyev rejimi üçün adi hal alıb”, - deyə məlumatda vurğulanıb.