Moskva aeroportlarında nə baş verir? - 40-DAN ÇOX REYS TƏXİRƏ SALINIB VƏ YA LƏĞV EDİLİB

Baxış sayı:
4009

Şənbə günü Moskva aeroportlarında 31 reys təxirə salınıb və 12 reys ləğv edilib.

Bu barədə yerli KİV "Яндекс.Расписание" xidmətinə istinadən məlumat yayıb.

Xidmətin məlumatına görə, yerli vaxtla saat 07:45-dək “Vnukovo” aeroportunda 6 reys təxirə salınıb, 2-si ləğv edilib. “Domodedovo” hava limanında isə 25 reys təxirə düşüb, daha 10 reys ləğv olunub.

AzərTAc xatırladır ki, Rusiya paytaxtının hava limanlarında yaranmış problemin səbəbləri barədə məlumat verilmir.