Mollanın stolunun altında bomba partladı, Heybətulla Axundzadənin kiçik qardaşı öldü

Baxış sayı:
6895

Əfqanıstanda fəaliyyət göstərən “Taliban” hərəkatının  başçısi Heybətulla Axundzadənin kiçik qardaşının qonşu Pakistanın cənub-qərb hissəsində İslam mədrəsəsində törədilən bomba hücumu zamanı ölən dörd nəfər arasında olduğu bildirilir.

Hərbi qaynaqlar  “Amerikanın Səsi”nə Əhmədulla Axundzadə kimi tanınan şəxsin Bəluçistan əyalətinin paytaxtı Kvetta yaxınlığındakı Kuçlak bölgəsində seminariya məscidində bomba atıldığı zaman cümə namazı qıldığın təsdiqləyıb.

Əfqanıstanın ABŞ-ın dəstəklədiyi hökumətinə qarşı üsyan edən “Taliban” liderləri və döyüşçüləri üçün gizli sığınacağa çevrilmiş Pakistan əyalətindəki hücuma görə heç kəs məsuliyyəti öz üzərinə götürməyib. Pakistanın regional polis idarəsinin məmuru Əbdül Rəzzaq Çima jurnalistlərə partlayış zamanı ibadət edən 24 nəfərin də yaralandığını bildirib.

Heybətulla Axundzadə ile ilgili görsel sonucu

Onun dediyinə görə, partlayıcı qurğu namaz duasını oxuyan mollanın kürsüsünün altına qoyulub, partlayışı törətmək üçünsə saat mexanizmindən istifadə edilib. Polis məmuru həlak olanların şəxsiyyətləri barədə məlumat verməyib.

Son vaxtlar Əfqanıstanda hökumətlə “Taliban” arasında sülh danışıqları aparılır, lakin tərəflər razılığa gələ bilmirlər. Əfqanıstan ərazisinin bir hissəsi bu radikal-islamçı hərəkatın nəzarəti altındadır.