Məktəbdə silahlı atışma: Polis əraziyə yollandı
14-02-2019 23:21
Baxış sayı:
4651
ABŞ Nyu-Meksiko ştatının Albukerke şəhərində yerləşən məktəblərdən birində silahlı atışma baş verib.
Muxalifet.az xəbər verir ki, gənclərdən birinin məktəbdə odlu silahdan atəş açması barədə polisə məlumat daxil olub.
Hadisə yerinə yollanan polis əməkdaşları insident nəticəsində zərər çəkənin olmadığını bildiriblər.
Atəş açan şəxs saxlanılıb. Hadisənin digər təfərrüatları məlum deyil.