Məktəb şagirdlərinə hücum: 3 ölü, 16 yaralı

Baxış sayı:
4429

Yaponiyanın Kawasaki şəhərində əli bıçaqlı bir adamın ibtidai məktəb şagirdlərinə yönəlik bıçaqlı hücumunda iki şagird həyatını itirib, ən az 16 şagir də yaralanıb.
 
Paytaxt Tokio yaxınlarındakı sənaye şəhəri Kawasakidə, bir dayanacaqda avtobus gözləyən bir qrup ibtidai məktəb şagirdi əli bıçaqlı bir adamın hücumuna məruz qalıb.
 
ƏN SONDA ÖZÜNÜ BIÇAQLADI
 
50 yaşlarında olduğu təsbit edilən adam şagirdlərə hücumdan sonra özünü boyun nahiyəsindən bıçaqlayıb və qısa müddət sonra həbs olunub.
 
2 UŞAQ HƏYATINI İTİRDİ
 
Təcavüzkar həbs olunduqdan bir müddət sonra ölüb, yaralanan məktəb şagirdlərindən iki uşağın həyatını itirdiyi bildirilib.
 
16 YARALI VAR
 
16 adamın yaralandığı hücumda, 3 şagirdin vəziyyətinin kritik olduğu ifadə edilib. Hücumun səbəbi isə hələ bilinmir.
Müxalifət.az