MKİ-nin işgəncələrinə ortaq olublar: AVROPA MƏHKƏMƏSİNDƏN QƏRAR

Baxış sayı:
1261

Strasburqdakı Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2011 hücumlarından sonra tutulan və hazırda Quantanamo həbsxanasında saxlanılan Fələstinli Əbu Zübeydə və Səudiyyə Ərəbistanı vətəndaşı Abdülrahim əl Naşirinin müraciətlərinə baxaraqi qərar verib. Buna görə Rumıniya və Litvanın, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gizli həbsxanalar qurmasına icazə verdiyinə hökm edilib.
 
Qərarda, Naşirinin 2003- -cü il sentyabr ilə 2005-ci il oktyabr arası dövrdə Rumıniyada, Zübeydə də 2005-ci il fevral ilə 2006-cı il mart arasında Litvada MKİ-yə aid gizli həbsxanalarda saxlanıldığı bildirilib.
Məhkəmə, Rumıniya və Litvanın, ABŞ-ın 2 məhkuma pis rəftarına yardım etdiyinə hökm edərək, həm əl Naşiriyə, həm də Zübeydə 100 min avro təzminat ödənməsini qərarlaşdırıb.
Qərarda, iki ölkənin MKİ-yə yardım edərək Avropadakı işgəncə qadağasını pozduğu bildirilib.
Qeyd edək ki, Rumıniya, MKİ-nin cəzaevlərinə malik olduğunu inkar edirdi.
Naşirinin vəkili Amrit Singh, qərarı, "Rumıniyanın utancverici təşəbbüslərinə sərt bir danlaq" kimi səciyyələndirib.
Xatırladaq ki, AİHM, belə bir qərarı 2014-ci ildə Polşa üçün də vermişdi.
Müxalifət.az