Əmək Müfəttişliyi 4 milyona ofis icarəyə götürür

Baxış sayı:
11551

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Əmək Müfəttişliyi Xidmətinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.

Muxalifet.az xəbər verir ki, Əmək Müfəttişliyinin keçirdiyi bina sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderin qalibi Əliyeva Ülkər Firudin qızı olub. Dövlət Əmək Müfəttişliyi Xidməti Əliyeva Ülkər Firudin qızına məxsus 4 400 kv. metr qeyri-yaşayış sahəsini 60 ay müddətinə icarəyə götürür. Əmək Müfəttişliyi Xidməti icarə haqqı olaraq Əliyeva Ülkər Firudin qızına 3 milyon 828 min manat (ayda 63 min 800 manat) ödəyəcək.

Məlumat üçün bildirək ki, Əmək Müfəttişliyi Xidməti ötən ilin avqust ayında Əliyeva Ülkər Firudin qızından sahəsi 1 980 kv. metr binanı 5 ay müddətində icarəyə götürüb və 140 min 580 manat ödəyib.

Onu da bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan qurumların bir çoxu ofis sahələrini icarəyə götürürlər.