MİT və Xüsusi Təyinatlılar izlərindədir: TERRORÇUBAŞI QARAYILAN VƏ BAYIK HƏR AN..

Baxış sayı:
5572

MİT və Xüsusi Təyinatlı Qüvvələr uzun müddətdir terrorçubaşı Murad Qarayılan və Cəmil Bayık əməliyyat üçün ərazidədirlər. İki terrorçunun paketlənərək Türkiyəyə gətirilməsi an məsələsidir.
 
QARAYILAN VƏ BAYIK HƏR AN PAKETLƏNƏ BİLƏR
 
Bu gün Türkiyədə hər kəsin gözləntisi terrorçubaşı Murad Qarayılan və Cəmil Bayıkın paketlənərək Türkiyəyə gətirilməsidir. Eynilə Abdullah Öcalan və Şemdin Sakık kimi. Artıq məlumata görə, bu istiqamətdə son dərəcə mühüm irəliləyişlər var. Həm Xüsusi Təyinatlı Qüvvələr və MİT-in əməliyyatları, həm də ABŞ-ın PKK-nın lider heyətinə baxışının dəyişməsi  nöqteyi-nəzərindən bunu demək mümkündür. Təqaüddə olan general İsmayıl Haqqı Pekin də, ABŞ-ın Qarayılan və Bayıkı artıq gözdən çıxardığını və təslim etmə nöqtəsinə gəldiyini deyib. Bəs onda ABŞ-ın nəyi gözlədiyini də belə açıqlayıb:
"Hələlik görünür ki, bunun vaxtı çatmayıb. İndi siz Türkiyənin nə edəcəyini bilmirsiniz. ABŞ kimi ölkələr davamlı əllərində “kozır” saxlamaqda maraqlıdırlar. ABŞ, Öcalanı niyə verdi? O vaxt o bölgəyə qarşı hərəkat həyata keçiricəkdi və PKK-nın orda güclü olması onlar üçün çətinlik yarada bilərdi. Və beləliklə də Öcalanı vermərklə, PKK-nı əlində saxlaya bildi. 2004-dən sonra da PKK-nı yenidən gücləndirməyə başladı. Yəni böyük dövlətlər əllərindəki gücləri birdən təhvil verməzlər, amma işlərini gördükdən sonra böyük ehtimalla verəcəklər".
Hazırda ABŞ-ın PKK üzvlərini inandırma mərhələsində olduğunu bildirən Pekin, belə davam edir:
"Təşkilatın Şimali Suriyada yerləşən SDG-nin böyük hissəsini təşkil edən YPG-nin içində PKK-lı da var. Öncə bu məsələdə onları inandırmaq lazımdır ki, böyük ölçüdə təsir edə bilsinlər. Məsələn, Münbiçlə bağlı inandıra biliblər. İndi də PKK liderlərinin İranla birlikdə olduğuna terrorçulara inandırmağa çalışırlar ki, onları təslim edə bilsinlər. Yoxsa Qarayılan və Bayıkı təhvil verdikləri zaman Suriyanın şimalındakı o PKK/YPG-nin dağılmasından çəkinirlər. Onun üçün bunun tənzimləməsi lazımdır. Yəni ABŞ ən uyğun vaxtı gözləyir".
 
MİT VƏ XÜSUSİ QÜVVƏLƏR UZUN MÜDDƏTDİR ÇALIŞIR
 
ABŞ Qarayılan və Bayıkı təslim etmək üçün zəmin hazırlayır?
"Bəli. Bunu iki cür edə bilər. Təbii ki, gəlin terrorçuları verirəm deməzlər. Türkiyə onsuz da bu məsələdə hazırlıq görür, Xüsusi Qüvvələrin Qəndildə əməliyyatları davam edir. Böyük ehtimalla ABŞ-da bu yöndə müəyyən kəşfiyyat məlumatları göndərir. Türk Xüsusi Qüvvələri də kəşfiyyat məlumatları alır, eyni zamanda MKİ də bunları hər an təqib edir. Qarayılan və Bayık bəzən Süleymaniyyə və Ərbilə enir və ya İran tərəfinə keçib, kəndlərdə gəzirlər. Şemdin Sakık necə oldu? Ərbildən dağa doğru gedərkən mühafizəçilər geri çəkildilər və arxadan da Xüsusi Qüvvələr gəld,i aldı, apardı terrorçunu. Bunlar hamısı tənzimlənir".
Qarayılan, Bayık məsələsində hər an bir sürpriz hadisə ola bilər yəni?
"Xüsusi Qüvvələr, MİT uzun zamandır çalışır bu məsələ üzərində. Adamların harada olduğunu, hara gedib, gəldiyini izləyir. Böyük ehtimalla yaxın günlərdə bu tip xəbərləri eşidərik".
Müxalifət.az