Misirdə terror aktı nəticəsində ən azı 15 əsgər həlak olub
16-02-2019 19:33
Baxış sayı:
7408
Misirin Sinay yarımadasında törədilmiş terror aktı nəticəsində ən azı 15 əsgər həlak olub. Bir çox hərbçinin yaralandığı və onların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
AZƏRTAC Misir KİV-lərinə istinadla xəbər verir ki, Silahlı Qüvvələrin mətbuat katibi Tamər Rifai bildirib ki, terrorçular yarımadanın şimalındakı hərbi posta hücum ediblər. Onlardan yeddi nəfəri təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.
Fevralın əvvəlindən Misirin təhlükəsizlik qüvvələri Sinay yarımadasının şimalında terrorçulara qarşı irimiqyaslı əməliyyatlar həyata keçirirlər. Bu əməliyyatlar zamanı onlarla hərbçi həlak olub, yüzlərlə terrorçu öldürülüb.