Minik maşını TIR-la TOQQUŞDU: Yaralı var
26-02-2019 11:49
Baxış sayı:
6721

Bakı-Sumqayıt yolunda qəza baş verib.
Məlumatına görə, hadisə ötən gecə saat 02:00 radələrində Sumqayıt yolunun girişində qeydə alınıb.
Bakıdan Sumqayıta gedən "VAZ 2107" markalı minik avtomobili TIR-la toqquşub. Nəticədə avtomobilin sürücüsü xəsarətlər alaraq xəstəxanaya göndərilb.
Qəza yerinə YPX əməkdaşları cəlb olunub, hadisənin səbəbləri araşdırılır.