Mingəçevirdə DƏHŞƏT: Oğul anasını bıçaqladı
24-06-2019 10:19
Baxış sayı:
12488
Mingəçevirdə oğul ananı bıçaqlayıb.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Aydın Məmmədov küçəsi 10/ 1 ünvanında baş verib.
İlkin məlumata əsasən, ailə münaqişəsi zəminində həmin ünvanda yaşayan oğul 1976-cı təvəllüdlü anası Mustafayeva Vüsalə İman qızını bıçaqlayaraq ağır xəsarət yetirib. Yaralı qadın təcili xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.