Messinin DÇ-də ilk uğursuzluğu: qol vura bilmədi
16-06-2018 19:08
Baxış sayı:
2959

Rusiyada keçirilən futbol üzrə dünya çempionatı çərçivəsində baş tutan Argentina-İslandiya qarşılaşmasında ilk hissə başa çatıb.
Muxalifet.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsi 1-1 hesablı heç-heçə ilə nəticələnib.
19-cu dəqiqədə fərqlənən “Mançester Siti”nin forvardı Sergio Aqueroya 23-cü dəqiqədə Alfred Finnboqason cərimə meydançasında yaşanan qarışıqlıq zamanı dəqiq zərbə ilə cavab verib.
DÇ-2018-in ilk turunda, Argentina - İslaniya oyununun 67-ci dəqiqəsində Leonel Messi İslandiyanın qapısına təyin edilən pelanti zərbəsini vura bilmədi.
Argentina-İslandiya qarşılaşması 1-1 hesabı ilə heç-heçə ilə nəticələndi.