​Messi öz rekordu ilə "Barselona" üçün TARİX YAZDI

Baxış sayı:
3160

İspaniya La Liqanın lideri “Barselona” rekorda imza atıb.
Publika.az xəbər verir ki, “katalonlar” liqanın 31-ci həftəsində “Leqanes”i qəbul edib. Messinin 3 qolu ilə matçı qalib bitirən “Barselona” yenilməzlik seriyasını 38 matça çıxarıb və “Real Sosyedad”ın 1979-80-ci il mövsümündə qırdığı rekordu təzələyib.
Çempionluq yolunda böyük üstünlük əldə edən “Barsa” bu qalibiyyətlə turnir cədvəlindəki xalını 79-a çıxarıb.
Digər bir rekord isə Messinin ayağına yazılıb. Bu mövsüm liqada 29 qol vuran ulduz qol krallığı yarışında liderliyini qoruyub. Onu hərəyə 22 qolla Luiz Suarez və Kriştiano Ronaldo izləyir.