Menbiç xalqı üsyan etdi! BİZİ PKK-dan XİLAS EDİN

PYD/PKK işğalı altındakı Menbiçdə dükançı gənclər, onları terror təşkilatına almaq istəyən terrorçulara qarşı birləşərək etiraz ediblər.
Terror təşkilatı YPG/PKK-nın Suriyanın şimalında işğal etdiyi Menbiç rayonunda xırda ticarətlə məşğul olan dükançı gənclər, terror təşkilatının onları zorla silah altına almağa çalışmasına etiraz edərək bütün dükanların qapılarını bağlayıblar.
Menbiçdəki yerli mənbələrdən əldə edilən məlumata görə, terror təşkilatı YPG/PKK, işğal etdiyi Menbiçdə 5 maydan bu yana onlarla gənci zorla silah altına almağa çalışıb.
Bu özbaşınalığa etiraz etmək üçün rayon mərkəzindəki dükançı gənclər, iş yerlərini bir günlüyünə bağlayıb.
Qeyd edək ki, YPG/PKK, aprel ayının sonunda çıxardığı qərarla Menbiçdə yaşları 18-30 arasında olan gənclərə təşkilat sıralarına qoşulmaları üçün 5 may tarixinə qədər möhlət vermişdi. Təşkilat, təslim olmayan gəncləri iş fəaliyyətlərini əngəlləmək və cəzalandırmaqla təhdid etmişdi.
DÜKANÇILAR DAHA ƏVVƏL DƏ İŞYERLƏRİNİ BAĞLAMIŞDILAR
Menbiç rayon mərkəzindəki dükançılar, bu ilin yanvar ayında təşkilatın iki gəncə işgəncə verərək öldürməsindən sonar etiraz olaraq iş yerlərini bağlamışdı.
Xatırladaq ki, YPG/PKK, Hələbin Fərat çayının qərbində qalan Menbiç rayonunu, 2016-cı ilin avqustunda ABŞ-ın dəstəyi ilə ələ keçirmişdi. Ancaq Amerikalı rəsmilərin İŞİD-I bölgədən çıxardıqdan sonra təşkilat ünsürlərinin rayonu tərk edəcəyi vədinə baxmayaraq, terror təşkilatı Menbiçdəki işğalını davam etdirir.
Müxalifət.az