Menbiç əməliyyatında dünya üçün TARİXİ DETAL

Baxış sayı:
4813

ABŞ və Türkiyə arasında müəyyən qədər inamsızlıq var idi.

Muxalifət.az xəbər verir ki, bu sözləri türkiyəli ekspert Abdullah Ağar deyib.

"Menbiç razılaşması iki ölkə arasında işbirliyinin bərpası üçün tarixi əhəmiyyət daşıyır. PKK-nın Menbiçdəki təsirini azaltmaq çox vacibdir. Bu baxımdan sözügedən anlaşma dünya miqyasında əhəmiyyət kəsb edir.

Beynəlxalq aləm də Türkiyə ordusunun gücünü başa düşdü. NATO komandanlarından biri dedi ki, biz Türkiyə olmadan Avropanın təhlükəsizliyini təmin edə bilmərik", - ekspert bildirib.

Ağar ABŞ-Türkiyə razılaşmasının təkcə Menbiçin taleyi deyil, iki ölkə arasında münasibətlər baxımından da vacib olduğunu qeyd edib.