​Meksikada gecə klubuna silahlı hücum: 15 ölü...

Baxış sayı:
7255

Meksikanın Quanaxyato ştatının Salamanka şəhərində gecə klubuna silahlı hücum baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində azı 15 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Meksika mətbuatı bir qrup silahlı şəxsin “La Playa” gecə klubuna soxularaq binadakı insanları atəşə tutduğunu yazıb. Şahidlər hücum zamanı klubda 20-dən çox insan olduğunu bildirib.
Polislər dərhal hadisə yerinə gəlsə də, hücum edən şəxslərin yaxalanması mümkün olmayıb.
Hadisənin təfərrüatı barədə hələlik heç bir məlumat yoxdur.