"Mariya" qasırğası qurbanlarının sayı 34 nəfərə çatdı

Puerto-Rikoda "Maria" qasırğasının qurbanlarının sayı 34 çatıb. Bu barədə xarici KİV-lə məlumat verir. 
Daha əvvəl 16 nəfərin qasırğanın qurbanı olduğu bildirilirdi. Son məlumatda isə itkilərin sayının 2 dəfədən çox artdığı məlum olub. 
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Puerto-Riloya gəlib. O, səfəri zamanı qasırğadan zərər çəkənlərə humanitar yardım verib.