Madurodan çağırış: "Diriliş Ərtoğrul"u izləyin!
30-05-2018 21:23
Baxış sayı:
10447

Həyat yoldaşım Cilia ilə "Diriliş Ərtoğrul" adında tarixi bir filmi izləyirik, siz də izləyin. Möhtəşəmdir! Osmanlı İmperiyasının banisi, müsəlman bir qəhrəmanın həyatından danışır. Hekayə o qədər gözəl izah edilir ki, özünüzü o qəsəbədə o dəyərləri və tarixi yaşayarkən görürsünüz.
Muxalifet.az xəbər verir ki, bu sözləri Venesuela Prezidenti Nikolas Maduro Tvitter hesabında bildirib.
Maduro hər kəsi filmi izləməyə çağırıb.
"Diriliş Ərtoğrul"un prodüseri Məhməd Bozdağ da Maduroya Tvitter hesabından öz təşəkkürünü bildirib.